“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

BSU tələbələri Milli Xalça Muzeyinə infoturda iştirak ediblər

News Image

BSU tələbələri Milli Xalça Muzeyinə infoturda iştirak ediblər

İnfotur zamanı tələbələr muzeyin ekspozisiyası ilə tanış olub, Azərbaycan xalçaçılıq sənətinin tarixi, ənənələri və mədəni irsimizdəki yeri haqqında ətraflı məlumat əldə ediblər. Səfər tələbələrin milli-mədəni irsimizə dair biliklərinin zənginləşdirilməsi və tarixi-mədəni dəyərlərimizlə daha yaxından tanış olmaları baxımından əhəmiyyətli olub.

Bakı Slavyan Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyəti II korpusda I kurs tələbələri ilə görüş keçirib.

News Image

Bakı Slavyan Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyəti II korpusda I kurs tələbələri ilə görüş keçirib.

Bakı Slavyan Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin İdarə Heyəti II korpusda I kurs tələbələri ilə görüş keçirib.

Görüş zamanı tələbələrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti, əsas istiqamətləri və tələbə həyatındakı rolu haqqında ətraflı məlumat verilib. Təşkilatın tələbələrin sosial və ictimai fəallığının dəstəklənməsi, onların universitet həyatında daha aktiv iştirakının təşviq edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətlər təqdim olunub.

Eyni zamanda, tələbələr üçün mövcud imkanlar, təşkilatın layihə və tədbirləri barədə məlumat verilib, onların sualları cavablandırılıb.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

BSU-nun rektoru Anar Nağıyev “SABAH-ın Məzunu 2026” tədbirində iştirak edib.

News Image

BSU-nun rektoru Anar Nağıyev “SABAH-ın Məzunu 2026” tədbirində iştirak edib.

Ötən illər ərzində SABAH qrupları Azərbaycan ali təhsil sistemində keyfiyyətin yüksəldilməsində mühüm rol oynayan, uğurlu nəticələri ilə seçilən bir layihəyə çevrilib. Onu da qeyd etmək lazımdır ki, 2025/2026-cı tədris ilindən etibarən Bakı Slavyan Universitetində SABAH qrupları üzrə tələbə qəbulu həyata keçirilir.

Bakı Slavyan Universiteti Məzun Günü - 2026.

News Image

Bakı Slavyan Universiteti Məzun Günü - 2026.

İyunun 30-da Bakı İdman Sarayında Bakı Slavyan Universitetinin (BSU) 2025/2026-cı il buraxılış ilinin tələbələri və magistrantları üçün Məzun Günü tədbiri keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, millət vəkilləri, media nümayəndələri, universitetin professor-müəllim heyəti, məzunların valideynləri, universitetin əməkdaşlıq etdiyi qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

BSU-nun əməkdaşları və tələbələri WUF13-ün açılış mərasimində iştirak ediblər.

News Image

BSU-nun əməkdaşları və tələbələri WUF13-ün açılış mərasimində iştirak ediblər.

Mayın 18-də Bakı Slavyan Universitetinin əməkdaşları və tələbələri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasınım (WUF13) açılış mərasimində iştirak ediblər. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Bədii Yaradıcılıq Müsabiqə-Festivalı.

News Image

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Bədii Yaradıcılıq Müsabiqə-Festivalı.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Bədii Yaradıcılıq Müsabiqə-Festivalı keçirilmişdir. Tədbirin əsas məqsədi gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, milli-mənəvi dəyərlərin təbliği və Ulu Öndərin zəngin irsinin gələcək nəsillərə aşılanması olmuşdur.

Müsabiqə-festival çərçivəsində iştirakçılar müxtəlif bədii çıxışlar, musiqi və yaradıcılıq nümunələri ilə çıxış edərək öz bacarıqlarını nümayiş etdirmişlər. Tədbir iştirakçılar tərəfindən böyük maraq və yüksək əhval-ruhiyyə ilə qarşılanmışdır.

BSU-da İTİC 2026 IV beynəlxalq elmi-praktik konfransı keçirilib.

News Image

BSU-da İTİC 2026 IV beynəlxalq elmi-praktik konfransı keçirilib.

Aprelin 16-da Bakı Slavyan Universiteti (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” (İTİC 2026) IV beynəlxalq elmi-praktik konfransı keçirilib. Konfransda BSU-nun rektoru Anar Nağıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Azərbaycan Respublikası Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, “Xəzər Media Mərkəzi”nin baş direktoru Murad Dadaşov, BMT-nin Sülh elçisi Təşkilat Komitəsinin üzvü Serkan Bayram, Qazi Universitetinin Xüsusi təhsil departamentinin müdiri Təşkilat Komitəsinin üzvü Ciğil Aykut, Qdansk Universitetinin Sosial elmlər fakültəsinin dekanı Təşkilat Komitəsinin üzvü Mixal Xarçiarek və universitetin professor-müəllim heyəti iştirak ediblər.

BSU-da “Ünsiyyət bacarıqları və texnikaları” mövzusunda təlim keçirilib.

News Image

BSU-da “Ünsiyyət bacarıqları və texnikaları” mövzusunda təlim keçirilib.

14 aprel 2026-cı il tarixində Bakı Slavyan Universitetində (BSU) Karyera inkişafı, əmək bazarı və məzunlarla iş şöbəsi və Təhsil Tələbə Kredit Fondunun birgə təşkilatçılığı ilə “Ünsiyyət bacarıqları və texnikaları” mövzusunda təlim təşkil olunub.


İnteraktiv formada keçirilən təlimdə iştirakçılara effektiv ünsiyyətin əsas prinsipləri, o cümlədən aktiv dinləmə, empatiya və düzgün ifadə bacarıqları praktiki nümunələrlə izah edilib, sosial və akademik mühitdə ünsiyyətin rolu müzakirə olunub. Təlim TTKF-nın əməkdaşı, beynəlxalq sertifikatlı təlimçi-mentor Leyla Rəhimova tərəfindən aparılıb və iştirakçılar proqramı uğurla başa vurduqlarına görə sertifikatlarla təltif olunublar.

BSU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunur.

News Image

BSU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunur.

Aprelin 7-də Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və təhsil nazirinin müavini Talqat Yeşenkulo Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetində keçirilən “Study in Azerbaijan” beynəlxalq sərgisində iştirak ediblər.


Sərgi çərçivəsində rəsmi qonaqlar Bakı Slavyan Universitetinin (BSU) stendinə baxış keçirərək universitetin təhsil imkanları və beynəlxalq əməkdaşlıq fəaliyyəti ilə tanış olublar.